Rəsmi Moskva — “Tramp Putinlə görüşdən çəkinir”

Rəsmi Moskva — “Tramp Putinlə görüşdən çəkinir”













ABŞ və Rusiya prezidentlərinin Vyetnamda keçirilən Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının (APEC) yubiley - 25-ci sammitində rəsmi görüşə bilməməsilə bağlı rəsmi Kreml açıqlama verib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Dövlət Dumasının üzvü Aleksey Puşkov açıqlama verib. Onun verdiyi açıqlamaya görə, keçirilən tədbirdən dərhal sonra ABŞ prezidenti Donald Tramp zalı tərk edib.

“APEC tədbirində Putin və Tramp rahat şəkildə görüşərək söhbət etməyiblər. İki rəhbər sadəcə bir-birilə salamlaşıblar. Biz çox çalışdıq ki, Putinlə Tramp rəsmi şəkildə görüşsünlər. Lakin görünür Tramp buna hazır deyil”, - deyə Aleksey Puşkov bildirib.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri Vyetnamda keçirilən Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının (APEC) yubiley - 25-ci sammitində görüşüblər. Görüş Vyetnamda APEC qonaqlarının şərəfinə həsr edilən şənlik tədbirində baş tutub. Belə ki, Putin şənlikdə ifaçıların çıxışlarını dinlərkən Tramp zala təşrif buyurub. Amerika rəhbəri Putinin yanına gəlib və iki ölkə rəhbəri gülümsəyərək bir-birilərini salamlayıblar. Daha sonra Trampla Putin əl sıxışıblar. Yanaşı oturan iki lider qısa müddət danışıblar. Daha sonra Tramp oturduğu yerdən qalxaraq Putindən təxminən 6 nəfərlik aradakı digər stola keçib. Daha sonra ölkə rəhbərləri səhnəyə çıxıblar. Səhnədə də Tramp Putinlə yenidən əl sıxışıblar. Daha sonra Putin Trampın yanında digər yerə keçib.
Qeyd edək ki, Tramp və Putin artıq bir neçə dəfədir ki, APEC toplantılarında üz-üzə gəlirlər. Bununla belə, onların rəsmi görüşü hələlik baş tutmayıb.

Xatırladaq ki, bu gün Ağ Evin katibi Sara Sanders APEC sammitində Trampla Putinin formal görüşünün baş tutmayacağını bildirib. O qeyd edib ki, Birləşmiş Ştatların lideri Donald Trampın sıx iş qrafiki səbəbindən bu görüşü təşkil etmək mümkün olmayacaq. Lakin Rusiya dövlət başçısı Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, prezidentlərin görüşünün razılaşdırılması davam etdirilir.

Bütün bunlara nəzər saldıqda və təhlil apardıqda, açıq şəkildə görmək olar ki, Tramp hökuməti Putinlə rəsmi görüşün baş tutmasını istəmir. Çünki Tramp APEC sammitində dəfələrlə Putinlə rastlaşıb. Hətta onlar qeyri-rəsmi şəkildə söhbət də ediblər. Onların danışığının uzun müddət davam etdiyini da görənlər olub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər