Əhaliyə şad xəbər: ət ucuzlaşdı

Əhaliyə şad xəbər: ət ucuzlaşdı














Bakıda dana və quzu ətinin qiyməti ucuzlaşıb.

Bir neçə gün əvvələ qədər 11-12 manata təklif edilən dana ətinin qiyməti 10 manata, 13 manata təklif edilən quzu ətinin qiyməti isə 11 manatda qərarlaşıb.

AZXEBER.COM xəbər verir ki, ət kəsimi məntəqlərindəki satıcılar modern.az-a bunun alıcılıq qabiliyyətinin aşağı düşməsilə əlaqəli olduğunu deyiblər.

Qeyd edək ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti sürətlə bahalaşıb. Devalvasiyadan əvvəl dana ətinin qiyməti 7 manat və ya 7 manat 50 qəpik, quzu əti isə 8 manat və ya 8 manat 50 qəpik olub. Sürətli bahalaşma ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəvac verib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər