Flora Kərimova Fədayə Laçının həbsindən yazdı: Bağışla məni...

Flora Kərimova Fədayə Laçının həbsindən yazdı: Bağışla məni...














Son günlər müğənni Fədayə Laçının həbs olunması geniş müzakirə olunur. Bəzi insanlar onun doğru addım atdığını, bəziləri isə əməlinin cinayət məsuliyyətli olduğunu vurğulayır. Gündəmdə olan mövzu sosial şəbəkələrdə müzakirə olunmaqla yanaşı, məşhurlar arasında da şərh edilib.
, Fədayə Laçın haqqında xalq artisti Flora Kərimova da fikirlərini bildirib.

O, baş verənləri bir oyun adlandırıb.
Oxu.Az xalq artistinin sözügedən statusunu sizlərə təqdim edir:

"Əlimdən heç nə gəlmir, Fədayə qızım, bağışla məni!!! Sənin şüşə kimi qəlbinin təmizliyini mən bilirəm, sənin ailənə, anana bağlılığını, övlad tərbiyənin gözəlliyini mən görmüşəm. Bu şərəfsiz oyunu bu "adı" sənə sırıyanlar, bu qisməti sənə laiq görənlərin Allahı yoxdur, övladları yoxdur?!

Necə çörəyi evlərinə aparırlar, necə övladlarına "Halal çörək qazanmışam" deyəndə utanmırlar, necə vicdanları ilə alver edə bilirlər?! Bir övladın, bir ananın, bir qadının həyatını cəhənnəmə çevirmək, taleyini sındırmaq bu qədərmi asandır?! Hansı məntiqi, hansı gücü, hansı səlmayəni gördünüz siz dişi ilə dırnağı ilə başını dolandıran bu qadında. Həyatım boyu heç kimə qarğış eləməmişəm, çünki mübarizəm olub. Amma indi sizi qarğamaqdan başqa əlimdən heç nə gəlmir".
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər