Qurban Qurbanov milli komanda ilə neçə illik müqavilə bağladı? — AÇIQLAMA

Qurban Qurbanov milli komanda ilə neçə illik müqavilə bağladı? — AÇIQLAMA













AFFA prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin iclasından sonra Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanovla birgə brifinq keçirib.
AZTB.info Report-a istinadən xəbər verir ki, R.Abdullayev əvvəlcə yeni baş məşqçinin təyinatı məsələsinə toxunub, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

"İclas başa çatdı. Yekdil qərarla Qurban Qurbanov baş məqşçi təyin olundu. Onu təbrik edir və uğurlar arzulayıram", - deyə AFFA prezidenti vurğulayıb.

O qeyd edib ki, Q.Qurbanov "Qarabağ" klubunun baş məşğçisi postunda və AFFA İcraiyyə Komitəsinin üzvü kimi də fəaliyyət göstərəcək: "İcraiyyə Komitəsinin üzvləri Qurban Qurbanovun "Qarabağ" klubunun baş məşqçisi vəzifəsində qalmasını da yekdilliklə dəstəklədilər".
AFFA prezidentinin sözlərinə görə, Q.Qurbanovla müqavilə 6 illik olacaq: "Əvvəlki baş məşqçilərlə adətən 2 illik müqavilə imzalayırdıq. Qurban Qurbanovla müqavilə isə 3 tsikılı əhatə edəcək və 6 illik olacaq".

Müqavilənin şərtlərinə gəlincə, R.Abdullayev deyib: "Müqavilənin şərti Vətənə qulluq etməkdir".

AFFA prezidenti bildirib ki, millinin yeni baş məşqçisi ölkə çempionatında çıxış edən klublarla sıx işləyəcək: "Millinin baza komandası isə "Qarabağ" olacaq".
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər