Türkiyə qırıcıları havaya qalxdı — 50-dən çox kürd terrorçusu məhv edilib

Türkiyə qırıcıları havaya qalxdı — 50-dən çox kürd terrorçusu məhv edilib













Türkiyədə terrorçulara qarşı əməliyyatlar davam edir.
“Ölkə.Az” xəbər verir ki, bu gün səhər saatlarından Türkiyənin Şimali İraqla sərhəd olan Hakkari vilayətinin Şəmdinli rayonunda terrorçulara qarşı əməliyyatlara başlanılıb. Əməliyyat zamanı türk əsgərlərinin şəhid olmasından sonra Türkiyə Silahlı Qüvvələri havadan dəstək istəyib. Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları səmaya qaldırılıb.

Türkiyənin “F16” qırıcılarının keçirdiyi əməliyyat nəticəsində PKK və YPG terror təşkiltının gizləndiyi obyektlər dağıdılıb. Əməliyyta zamanı 50-dən çox terrorçu məhv edilib. Hazırda qırıcılar əraziyə nəzarət edirlər. Əməliyyat davam etdirilir.
Qeyd edək ki, səhər saatlarında Hakkari vilayətində PKK terrorçuları ilə atışma zamanı 8 türk əsgəri şəhid olub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər