Mobil telefon işlədənlər təhlükədə — Güclü partlayış baş verə bilər, FOTO

Mobil telefon işlədənlər təhlükədə — Güclü partlayış baş verə bilər, FOTO













Mobil telefon işlədərkən müəyyən təlimatları bilmək vacibdir. Müasir dövrdə hər kəsin mobil telefonu var. Lakin çoxumuz bu təlimatları bilmirik. Bilənlərin də əksəriyyəti ona əməl etmir. Bu isə gözlənilmədən böyük problemlərə səbəb ola bilər.

AZTB.info xəbər verir ki, mütəxəssislər müəyyən ediblər ki, mobil telefon gün ərzində ətrafa milyonlarla şüa saçır. Bu zaman insan orqanizmindəki kiçik, lakin sağlamlıq üçün çox lazım olan hüceyrələr məhv olur. Bu səbəbdən də, mobil telefonları ürək, ciyər və beyin istiqamətində saxlamaq olmaz.

Bundan başqa, mobil telefonlar həm də gözlənilmədən böyük təhlükələrə səbəb ola bilərlər. Son vaxtlar bir çoxu mətbuatda mobil telefonların enerji doldurarkən partlaması xəbərlərini eşidir. Bu hallar müxtəlif vaxtlarda, əsasən də, təlimatlara əməl etmədikdə baş verir.

Unutmaq olmaz ki, mobil telefonu enerji mənbəyinə taxdıqdan sonra onunla oyun oynamaq, aparatdan çox istifadə etmək olmaz. Gözləmək lazımdır ki, telefonun batareyası tam dolsun. Sonra telefonu işlətmək lazımdır.Əks halda cihazda qızma baş verir. Bu zaman elektrik yüklənməsi normadan artıq olur və partlama meydana gəlir.
Digər partlayışlar isə mobil telefona kustar üsulla hazırlanan və orijinal olmayan enerji dolduran aparatdan istifadə zamanı da baş verə bilər. Belə ki, belə aparatlarda düzgün hesablamalar aparılmadıqda, cihaza enerji tələb olunandan artıq gedir. Bu zaman batareya həddindən artıq yüklənir və qızma baş verir. Bu zaman qeydə alınan partlayış daha güclü və təhlükəli olur. Belə partlayışlar hətta insanın ölümünə də səbəb ola bilər.

Digər tərəfdən telefonun batareyasının tez xarab olmasını və partlamasını istəmirsizsə, onu tam boşalmamış enerji mənbəyinə taxmayın. Batareyada enerji göstəricisi 10 faizdən az olduqda onu doldurmaq daha yaxşı olardı. Lakin batareyada enerji göstəricisi 40 % göstərilərsə və onu enerji aparatına qoşarsınızsa, bu aparatın daha tez sıradan çıxmasına səbəb olacaq.

Digər önəmli məsələlərdən biri də, telefona müxtəlif aparatlar vasitəsilə enerji doldurmaqdır. Yəni bəziləri telefonu komputer və notbuka qoşur. Bu zaman batareyaya gedən enerji standart olmur və cihazın zəifləməsinə səbəb olur. Bu da batareyanın həddən artıq qızmasına və partlamasına səbəb olan amillərdəndir.

İsti hava şəraitində də mobil telefonlar tez xarab olan cihazlardandır. Yəni telefonunuzu isti havada işlətməsəniz yaxşı olar. Lakin buna məcbur olursunuzsa, heç olmasa isti hava şəraitində mobil telefonu enerji mənbəyinə qoşmayın. Bu batareyanın əlavə qızmasına səbəb olur və partlayış baş verə bilər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər