Azərbaycanda işdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi - Qalib gəldi

Azərbaycanda işdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi - Qalib gəldi














Azərbaycanda müəllim işdən çıxarıldığına görə orta məktəbi məhkəməyə verib.

Oğuz rayon Calud kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılan Cavan Yunusov işə bərpa edilmək üçün Oğuz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə araşdırması nəticəsində onun əsassız olaraq işdən çıxarıldığı məlum olub. Nəticədə Məhkəmə C.Yunusovun iddiasını təmin edib.

Calud kənd orta məktəbi qərarla razılaşmayaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Lakin Şəki Apellyasiya Məhkəməsi də müəllimi haqlı çıxararaq qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, C.Yunusovun 49 yaşı var, o, ixtisasca riyaziyyatçıdır.

///Report
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər