Sadıq Salahovun rəhbərliyi dövründə institutun elmi fəaliyyəti genişləndirilmiş, beynəlxalq elmi əlaqələrin inkişaf etdirilməsində ciddi nailiyyətlər əldə olunmuşdur

Sadıq Salahovun rəhbərliyi dövründə institutun elmi fəaliyyəti genişləndirilmiş, beynəlxalq elmi əlaqələrin inkişaf etdirilməsində ciddi nailiyyətlər əldə olunmuşdur








Sadıq SALAHOV dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunun rekdoru, iqtisad elmləri doktoru, professor Sadıq SALAHOVdur.

İqtisad elmləri doktoru, professor Sadıq SALAHOV vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.


Sadıq Salahovun rəhbərliyi dövründə institutun elmi fəaliyyəti genişləndirilmiş, beynəlxalq elmi əlaqələrin inkişaf etdirilməsində ciddi nailiyyətlər əldə olunmuşdur

1946-cı ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur.

1968-1970-ci illərdə respublika Pambıqtəmizləmə Sənayesi Nazirliyi müəssisələrində çalışmış və “Rəşadətli əməyə görə” yubiley medalı ilə təltif olunmuşdur.

S.V.Salahov 1990-cı ildən iqtisad elmləri namizədi, 2006-cı ildən isə iqtisad elmləri doktorudur. 7 kitab və monoqrafiyanın, çoxsaylı elmi və elmi-publisistik məqalələrin müəllifidir. O öz tədqiqatlarını aqrar sahənin müasir makro və mikro səviyyəsi problemlərinə, o cümlədən istehsalın stimullaşdırılmasına, sahənin regional inkişafına, ərzaq təhlükəsizliyinə, dövlət dəstəyinə, aqrar sahənin idarə edilməsinə istiqamətləndirmiş, respublikada aqrar sahənin dövlət tənzimlənməsi elmi istiqamətin ilk tədqiqatçısıdır. Onun 2005-ciildə dərc etdirdiyi “Aqrar sahənin dövlət tənzimlənməsi problemləri” monoqrafiyası dövlət strukturları, elmi ictimaiyyət və tədris müəssisələri tərəfindən maraqla qarşılanmışdır. Aqrar iqtisadiyyatın nəzəri-metodoloji və praktiki aspektlərinin müasir tələblər baxımından təhlili, aqrar siyasətin formalaşdırılması və bu siyasətin reallaşdırılma strategiyasının təkmilləşdirilməsinə dair məsələlər onun son elmi araşdırmalarının əsas mövzusudur. Aqrar sahənin dövlət tənzimlənməsi problemlərinin tətqiqatçıları həmin mənbələrdən geniş istifadə edirlər. Demək olar ki, artıq bu istiqamətdə məktəb formalaşır.

S.V.Salahovun rəhbərliyi dövründə institutun elmi fəaliyyəti genişləndirilmiş, beynəlxalq elmi əlaqələrin inkişaf etdirilməsində ciddi nailiyyətlər əldə olunmuşdur. Belə ki, bu gün institut Rusiya Federasiyasının aqrar təmayüllü 5 elmi tədqiqat və tədris institutları, Qazaxıstan Aqrar Tədqiqatlar Elmlər Akademiyası, Özbəkistan Kənd Təsərrüfatı Elmi İslahat Mərkəzi, Belorus, Moldova, Dağıstan Respublikalarındakı aqrar tədqiqat və tədris mərkəzləri, BMT-nin FAO təşkilatı, digər beynəlxalq qurumlarla elmi əməkdaşlıq əlaqələrini yüksək səviyyədə qurmuş və müştərək elmi tədqiqat işləri yerinə yetirir.
Sadıq Salahovun rəhbərliyi dövründə institutun elmi fəaliyyəti genişləndirilmiş, beynəlxalq elmi əlaqələrin inkişaf etdirilməsində ciddi nailiyyətlər əldə olunmuşdur
O, aqrar sahə üzrə Beynəlxalq Konfrans, Simpozium və sərgilərdə (İngiltərə, Çin Xalq Respublikası, Almaniya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, Ukrayna Respublikası)iştirakı ilə Respublikamızı layiqincə təmsil etmişdir.

S.V.Salahovun rəhbərliyi altında aqrar sahə iqtisadiyyatı üzrə 12 nəfər dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi və iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. O, 11 elmlər namizədinin müdafiəsində apponent, 5 elmi məcmuənin baş redaktoru və elmi məsləhətçisi olmuşdur.

İqtisad elmləri doktoru, professor S.V.Salahov respublika ictimai mühitində də fəallığı ilə seçilirməklə kütləvi informasiya vasitələrində aparılan elmi diskusiyaların fəal iştirakçısıdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər