Biləsuvarda ağır qəza: 4 nəfər öldü — YENİLƏNİB

Biləsuvarda ağır qəza: 4 nəfər öldü — YENİLƏNİB













Biləsuvarda baş verən ağır qəzada ölənlərdən iki nəfərin adı məlum olub.

APA verdiyi məlumata görə, , onlar Lənkəran sakinləri - Samir Əzizulla oğlu Qasımov və Çingiz Xudaverdi oğlu Nağıyevdir. Ölən digər iki nəfərin və xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir.

***

Biləsuvarda baş verən ağır yol qəzası nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

APA verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində 4 nəfərin öldüyü və bir nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb, lakin idarəetməni itirərək, yol kənarında duran “KamAZ” markalı yük maşınına çırpılıb.

Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb. Ölən şəxslərin Lənkəran sakinləri olduğu bildirilir.

Ölən və xəsarət alan şəxslərin kimliyi və qəzanın digər təfərrüatları müəyyənləşdirilir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər