Rəhim Əliyev: «Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm

Rəhim Əliyev: «Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm







İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, işində yorulmaz şəxs, nümunəvi rəhbər. Bu şəxs kimidir? Bu şəxs Suraxanı rayon prokuroru Rəhim Əliyevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn şəxslərə yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Rəhim Əliyev. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hər zaman əlindən gələni əsirgəmir.

Suraxanı rayon prokuroru Rəhim Əliyev - Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli liderimiz cənab Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır.

Mövcudluğu bir çox dövlətlərdə qədim dövrlərdən məlum olan məhkəmə orqanlarından fərqli olaraq, prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranmışdır.

Müstəqillik dövründə Azərbaycan Respublikasının Prokurorluğu ölkə rəhbəri cənab H.Əliyevin daimi diqqət mərkəzində olmuşdur. Prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Prokurorluğun rəsmi emblemi haqqında», «Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında» qanunlar dövlət başçısının təşəbbüsü ilə qəbul olunmuş və «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında» Əsasnamə onun sərəncamı ilə təsdiq edilmişdir. «Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında» 2002-ci il 8 oktyabr tarixli sərəncam hörmətli Prezidentimizin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi daimi qayğının parlaq bir təzahürüdür.

«Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır…» Bu sözlər möhtərəm Prezidentimizin 26 aprel 2000-ci il tarixdə Azərbaycan Respublikasının prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşü zamanı söylədiyi proqram xarakterli nitqindən götürülmüşdür.

Respublikanın prokurorluq işçiləri dövlət başçısının göstərdiyi böyük qayğıya və yüksək etimada cavab olaraq, həmin tarixi nitqdə onun prokurorluğun qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi üzərində əzmlə çalışırlar. Məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilmiş islahatlar nəticəsində tamamilə yeniləşmiş, demokratik və sivil bir təşkilata çevrilmiş prokurorluq bundan sonra da göstərilən böyük etimadın, əməli fəaliyyətdə doğruldulması üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər