Yeni təyin edilən rektor 22 il imiş ki, nazirliyin idarə və şöbə müdiri çalışırmış

Yeni təyin edilən rektor 22 il imiş ki, nazirliyin idarə və şöbə müdiri çalışırmış













Menecment Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilsin.

İlham Mədətov kimdir?

AZXEBER.COM-un məlumatına görə, İlham Mədətov bu vəzifəyə təyin olunanadək Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri işləyib.

Yeni rektor Azərbaycan Dövlət Universiteti - şərqşünas, tərcüməçi, ərəb filoloqu fakültəsində təhsil alıb.

O əmək fəaliyyətinə 04.07.1974-cü ildən SSRİ Quraşdırma və Xüsusi-tikinti işləri Nazirliyində mühəndis kimi başlayıb.
1974-1975-ci illərdə Misir Ərəb Respublikasında tərcüməçi kimi fəaliyyət göstərib, müxtəlif dövlət oqranlarında çalışıb.

21.05.1995-ci ildən etibarən Gənclər və İdman Nazirliyi, Beynəlxalq əlaqələr İdarəsinin rəisi vəzifəsində, 01.05.2006-cı il tarixdən Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.

O həmçinin 2016-cı il Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər