Ziya Məmmədov hələ də nazirdi - Nəqliyyat Nazirliyinin rəsmi saytı belə yazır... (FOTOFAKT)

Ziya Məmmədov hələ də nazirdi - Nəqliyyat Nazirliyinin rəsmi saytı belə yazır... (FOTOFAKT)













Nəqliyyat Nazirliyi ləğv edilsə də, nazirliyin rəsmi internet səhifəsi hələ də fəaliyyətini davam etdirir.

AZXEBER.COM xəbər verir ki, bu ilin fevral ayınnda Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşsə də, nazirliyin rəsmi "http://mot.gov.az" internet səhifəsi hələ də fəaliyyətini davam etdirir. Saytda yanvar ayından etibarən xəbər yenilənməsi həyata keçirilməsə də, Ziya Məmmədovun nazir kimi fəaliyyətini əks etdirən xəbərlər manşeti bəzəyir.

Qeyd edək ki, Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyinin birləşdirilməsi nəticəsində yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı və bununla da Ziya Məmmədov nazir postunu itirmiş oldu. Prezidentin sərəncamının ardından nazir və onun ailə üzvləri xaricə üz tutublar.
Ziya Məmmədov hələ də nazirdi - Nəqliyyat Nazirliyinin rəsmi saytı belə yazır... (FOTOFAKT)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər