Yoxsulluqdan xilas olmağın yolları

Yoxsulluqdan xilas olmağın yolları














Yoxsullar adətən borca pul götürür, əmanətə sahib deyil və qeyri-sağlam həyat tərzi sürür. Bəziləri belə hesab edir ki, yoxsulluq – xarakter defisitidir. Tarixçi və yazıçı Rutger Bregman bu ideya ilə razı deyil. Yoxsul insanların sadəcə pulu yoxdur və bunu dəyişmək olar.

Prinston universitetindən psixologiya üzrə professor Eldar Shafir öz kolleqaları ilə birgə şəkər qamışı əkib-becərən hindistanlı fermerlər arasında maraqlı araşdırma aparıb. Onlar məhsul yığımından dərhal sonra ümumi illik gəlirin təqribən 60%-ni əldə edirlər. Belə çıxır ki, fermerlər ilin bir yarısını tam yoxsulluq, digər yarısını isə tam zənginlik içərisində keçirirlər. Araşdırmaçılar məhsul yığımından əvvəl və sonra fermerlərin IQ testindən keçməsini xahiş edirlər. Yoxsulluq içərisində həyat şərtləri 14 IQ balının itirilməsinə səbəb olub. Bu yuxusuz gecə və yaxud spirtli içkilərin effekti ilə bərabərdir.

Belə vəziyyətdə uzun müddətli perspektivlər haqqında düşünmək mümkün deyil. Yoxsul insanlar özləri də axmaq olduqlarına görə axmaq qərarlar vermirlər. Onların yaşadığı həyat şərtlərində istənilən şəxs məntiqsiz addım atardı.

Vəziyyətdən çıxış yolu – qeyd-şərtsiz əsas gəlir

Müasir iqtisadçılar bu problemin həlli üçün müxtəlif vasitələr təklif edir. Məsələn, yoxsullara sənədlərin qaydaya salınmasında kömək etmək və yaxud onlar hesablarını ödəməyi unutmasın və borcları qalaq-qalaq yığılmasın deyə ismarıclar göndərmək. Bu qərar bir çoxlarının ürəyincədir, çünki əlavə vəsait xərci tələb etmir. Bu problemi bütünlükdə həll etməyə deyil, yalnızca bəzi simptomları aradan qaldırmağa yarayır.

Qeyd-şərtsiz əsas gəlir işə qarşı münasibətimizi yenidən nəzərdən keçirməyə kömək edəcək. Hazırda milyonlarla insan öz işini mənasız hesab edir. 2013-cü ildə həyata keçirilmiş sorğuya əsasən, respondentlərin yalnızca 13%-i gördükləri iş ilə həqiqətən maraqlanırlar. Digər bir sorğuda isə, iştirakçıların 37%-i onların işlərinin ümumiyyətlə lazım olmadığını hesab edir.

Qeyd-şərtsiz əsas gəlirlə bağlı çox sayda eksperiment həyata keçirilib. 1974-cü ildə Kanadada Dauphində keçirilən eksperiment isə bunlar sırasında ən vacibidir. Bu kiçik şəhərin sakinləri beş il ərzində zəmanətli gəlir əldə edirdilər. Hökumətin dəyişməsi ilə eksperiment dayandırılır, onun nəticələri isə 25 ildən sonra təhlil edilir.

İqtisadçı Evelyn Forget aşkar edir ki, Dauphin sakinləri nəinki varlı, həmçinin ağıllı və sağlam olub (The Town With No Poverty). Şagirdlərin davamiyyəti yaxşılaşıb, xəstəxanaya yerləşdirilmə tezliyi 8,5% azalıb. Və insanlar öz işlərini atmırdı. Yalnız uşaqlı qadınlar və tələbələr daha az işləməyə başladı. Oxşar nəticələr digər ölkələrin eksperimentlərində də qeydə alınıb.

Təbii olaraq bu zaman hər kəsdə sual yaranır: qeyd-şərtsiz əsas gəlir üçün pulu haradan alaq?! Əslində, bu düşünüldüyü qədər baha başa gəlmir. Məsələn, 2013-cü ildə iqtisadçıların hesablamalarına görə, Amerikada bütün ehtiyac içərisində olan şəxsləri yoxsulluq vəziyyətindən çıxarmaq üçün 175 milyard dollar lazım gələrdi. Bu ABŞ-ın müdafiəyə sərf etdiyi xərclərin dörddə bir hissəsi və yaxud ÜDM-un 1%-dir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər