İŞİD-ə qoşulan azərbaycanlı qadın 5 uşağı ilə İraqda itkin düşdü (FOTO)

İŞİD-ə qoşulan azərbaycanlı qadın 5 uşağı ilə İraqda itkin düşdü (FOTO)














Azərbaycanlı qadın 5 uşağı ilə İraqda itkin düşüb.

Baku.ws-ə müraciət edən Elmurad Hüseynov bacısı Hüseynova Rəhiməxanımın 5 uşağı ilə İraqda gedən döyüşlər zamanı itkin düşdüyünü bildirib. Onun sözlərinə görə, bacısı və 5 uşağı sonuncu dəfə Peşmərgənin nəzarətində olan ərazidə görülüb.

"Bacım 2014-cü ilin aprelin həyat yoldaşı Murad Rəsulovla birlikdə Azərbaycanı tərk edib və İŞİD terror təşkilatının dəstələrinə qoşulub. Həmin bilin yay aylarında Muradın ölüm xəbəri gəldi. Bacım İraqda 5 uşağı - Rəsulova Sofiya (11 yaş), Hüseynova Sumeyya (9 yaş), Hüseynov Yusif (8 yaş), Hüseynova Umeyra (6 yaş), Hüseynov Məhəmməd (3 yaş) ilə birlikdə müharibənin mərkəzində yaşamağa məcbur qalıb. Döyüşlərin ən qızğın getdiyi Təlafər şəhəri yaxınlığında idilər. Sonuncu dəfə danışanda bacım dedi ki, kürdlər tərəfə keçməyə çalışırıq, amma imkan vermirlər. O gündən sonra bacımla danışa bilmirik.

Elmurad Hüseynov bildirir ki, həm Azərbaycan Xarici İşlər Nazirliyinə, həm də Azərbaycanın İraqdakı Səfirliyinə müraciət edib. Ancaq nə qədər cəhd etsələr də hələlik bir nəticə əldə edə bilməyib. Azərbaycan XİN rəsmi müraciətə "Məsələni araşdıracağıq" cavabını verib. Elmuradın sözlərinə görə, Mosul və ətrafında çox sayda azərbaycanlı kamplarda saxlanılır. Ancaq bu kamplarda bacısının izini tapa bilməyib. Elmurad Hüseynov bacısı və 5 uşağını axtarır. Həmsöhbətimiz bütün rəsmi qurumlardan bu işdə köməklik etməyini istəyir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər