Qənirə Ataşova ABŞ-a köçdü, həmkarlarını blok etdi...

Qənirə Ataşova ABŞ-a köçdü, həmkarlarını blok etdi...














Fəaliyyəti dayandırılmış ANS televiziyasının qalmaqallı aparıcısı Qənirə Ataşova Amerika Birləşmiş Ştatlarına (ABŞ) köçüb. Teleaparıcının ABŞ-a köçməsi isə bu ölkədə təhsil alması ilə bağlıdır.

Bu barədə gununsesi.info saytı məlumat yayıb.

Məsələyə aydınlıq gətirmək üçün musavat.com-un əməkdaşı teleaparıcı ilə əlaqə saxlamağa çalışıb. Lakin Qənirə Ataşova sualları cavabsız qoyub. O da məlum olub ki, teleaparıcı ABŞ-a köçər-köçməz facebook sosial şəbəkəsindəki əksər dostlarını, xüsusən də jurnalistləri blok edib.

Xatırladaq ki, ötən ilin oktyabrında İstanbuldan iş təklifi alan teleaparıcı ölkəni tərk etmək istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək, geri qaytarılmışdı. Buna səbəb isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində “Gülən işi” ilə əlaqədar cinayət işinin açılması olmuşdu. Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Eyni zamanda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qarşısında ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırmışdı. Beləliklə, sonradan teleaparıcının ölkə çıxışına qoyulan qadağa aradan qaldırılmışdı.

Xatırladaq ki, Q.Ataşova Türkiyədəki 15 iyul çevriliş cəhdi zamanı bu olayın arxasında dayanan Fətullah Güləndən açıqlama almışdı.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər