“Lotu Quli”ni onlar aradan götürmək istəyir- yeni kriminal ittifaq

“Lotu Quli”ni onlar aradan götürmək istəyir- yeni kriminal ittifaq














Nadir Səlifova qarşı 4 azərbaycanlı “qanuni oğru”nun birləşdiyi iddia olunur; yeni savaşmı başlayır?

Azərbaycan kriminalları arasında yeni savaş başlayır.

Bu iddia ilə Rusiyanın “Rosbalt” agentliyi çıxış edib. Agentlik Azərbaycandan olan bir sıra “qanuni oğru”ların Nadir Səlifova (“Lotu Quli”) meydan oxuduğunu yazıb. Belə ki, artıq “Quli”yə yaxın bir neçə adamın döyüldüyü xəbəri yayılıb (axar.az).

“Quli”yə qarşı ittifaqın 4 “qanuni oğru”nun yaratdığı bildirilib. Bunların Rafiq Eyvazov (“Rafiq Masallinski”), Cavid Məmmədov (“Dato Ağcabədinski”), Emin Əhmədov (“Emin Hacıqabulski”) və Ceyhun Əsgərov (“Ceyhun Gəncinski”) olduğu vurğulanıb. Məhz bu “qanuni oğru”lara kənar qruplardan böyük dəstək verilib. “Quli”yə qarşı formalaşan ittifaqı əvvəllər “Rövşən Lənkəranski”nin klanına daxil olan Suxumiski qardaşlarının dəstəklədiyi bildirilir.

Agentliyin mənbəsi yeni ittifaqın artıq “Quli”nin himayəsi altında çalışan biznesmenlərə qarşı hücuma keçdiyini bildirib. Hətta Azərbaycanda tərəflər arasında baş tutan toqquşmaların biri atışma ilə nəticələnib. Mənbə “Quli”nin ona qarşı olanlara cavab verməyə hazırlaşdığını bildirib. Artıq yeni əməliyyat hazırlanıb və tezliklə hücumların Moskva, Bakı və digər yerlərdə olması gözlənilir.

Yada salaq ki, məşhur “qanuni oğru” “Masallı Mamed”in qohumu olduğu deyilən Rafiq 2012-ci ildə “tac” alıb. O, 2013-cü ildə Bakıda silahla tutulmuşdu. O zaman Rusiyanın primecrime.ru saytı bu həbslə bağlı sensasion bir xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, R.Eyvazovun “taclandırılması” müəyyən şərt daxilində həyata keçirilib. Bu şərt isə ondan ibarət imiş ki, R.Eyvazov “qanuni oğru” adı aldıqdan sonra həbsxanaya girməli, burada isə “Lotu Quli”yə rəqib olmalı imiş. İddia edilirdi ki, R.Eyvazov həbsxanaya qəsdən göndərilir ki, “zon”da “qanuni oğru”nun “Quli” deyil, onun olduğu sübuta yetirilsin.

2013-cü ilin martında həbs edilən R.Eyvazov haqda bundan sonra heç bir məlumat olmadı. 2017-ci ildə tərəflərin münasibəti müharibə səviyyəsinə çatdı. Nəticədə “Quli”nin adamları Türkiyədə Rafiqi ələ keçirərək onun qulağını kəsiblər.
“Dato Ağcabədinski” ilə “Quli”nin düşmənçiliyi birincinin digərinin maddi maraqlarına müdaxilə etməsindən sonra başlayıb. “Quli”nin adamları onun kamerasına daxil olaraq, bütün ətrafını vəhşicəsinə döyüblər. Bundan sonra o, Yunanıstana gedib və burada məşhur “qanuni oğru” David Sebiskveradze (“Dato Kutaiski”) ilə yaxınlaşıb.

“Emin Hacıqabulski”nin 2013-cü ildə aldığı “oğru” titulunu “Quli” tanımayıb. “Ceyhun Gəncinski”yə gəlincə isə 2014-cü ildə “Quli”nin özü şəxsən onu “qanuni oğru” elan edib. Bir müddət sonra isə tərəflər arasında münasibətlər gərginləşib.
“Lənkəranski”nin qətlindən sonra “Quli”nin azərbaycanlı kriminalların liderinə çevrilə biləcəyi gözlənilən idi və buna qarşı çıxanlar da olacaqdı. Rusiya mətbuatı bir neçə ay əvvəl yazmışdı ki, azərbaycanlılardan ibarət kriminal dəstələrin “Lotu Quli”nin ətrafında toplaşması prosesi gedir. “Lotu Quli” yeni kriminal qruplaşmanın lideridir və hazırda o, ən güclü yaraqlılar “ordusuna” malik olan “qanuni oğru” kimi təqdim edilirdi. Həmin məlumatlarda “Rəşad Gəncinski” kimi tanınan digər kriminal avtoritet Rəşad İsmayılovun da “Quli”nin klanına qoşulduğu bildirilirdi. Məlumatlarda deyilirdi ki, yeni klan bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alıb. “”Lotu Quli"nin klanı digər kriminal qruplaşmaları Moskva başda olmaqla, böyük şəhərlərdən sıxışdırıb çıxarmaqdadır. Bu proses yeni qanqster müharibəsinin başlamasına səbəb ola bilər" deyə, Rusiya xüsusi xidmət orqanlarındakı mənbə bildirmişdi.

Bu yaxınlarda isə “Lotu Quli” kriminal aləmdə “Kor Əhməd” kimi çeçen əsilli Hüseyn Əhmədovun “oğru aləmi”nin genişləndirilməsi və yeni “qanuni oğru” adı alması ilə bağlı keçirdiyi toplantının qarşısını almışdı. O, “Slepoy Əhməd”in “Sabirabadlı Hikmət”in bacısı oğlu Məmmədqulu Muxtarov da daxil olmaqla, bir neçə nəfərə “qanuni oğru” adı verilməsini əngəlləmişdi.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər