Səxavəddin Abdullayev: Hər bir maliyyə qurumunun fəaliyyətində olduğu kimi, DİN-in Maliyyə-Plan İdarəsinin də işinə qarşı irəli sürülən əsas tələblər şəffafvlıq və dəqiqlikdir

Səxavəddin Abdullayev: Hər bir maliyyə qurumunun fəaliyyətində olduğu kimi, DİN-in Maliyyə-Plan İdarəsinin də işinə qarşı irəli sürülən əsas tələblər şəffafvlıq və dəqiqlikdir









Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin rəisi Səxavəddin Abdullayevdir.

Səxavəddin Abdullayev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

Səxavəddin Abdullayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Səxavəddin Abdullayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Səxavəddin Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!


Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Polisinin dövlətçiliyin və sabitliyin qorunmasında, cinayətkarlıqla mübarizədə xidmətlərini yüksək qiymətləndirilir, DİN-nin maddi-texniki bazasının möhkəmləndirilməsi və daim müasirləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin, yaşayış və iş şəraitinin yaxşılaşdırılması, fəaliyyətin beynəlxalq standartlara, demokratik prinsiplərə uyğun təkmilləşdirilməsi üçün çox mühüm qərarlar qəbul edir. Onun imzaladığı «Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair» Dövlət Proqramına uyğun olaraq, ötən müddətdə Daxili İşlər Nazirliyinin orqan və hissələri üçün müxtəlif təyinatlı obyektlərin tikilib istifadəyə verilməsi də artıq ənənə halını almışdır.

Adətən Daxili İşlər Nazirliyinin struktur bölmələrinin və bu nazirliyin tabeliyində olan qurumların fəaliyyətindən danışarkən ilk növbədə diqqət mərkəzinə daha çox operativ işlə məşğul olan bölmələr çəkilir.

Bəlkə də bunda bir qanunauyğunluq var. Hər necə olmasa, hüquq-mühafizə orqanlarının əsas funksiyaları da cinayətkarlıqla mübarizə, asayişin qorunması və digər bu kimi məhz operativ fəaliyyət tələb edən məqamlarla bağlıdır.
Digər tərəfdən isə operativ bölmələrin iş qabiliyyətinin təmin olunması, polis əməkdaşlarının hər zaman çevik və mobil qaydada əməliyyatlara cəlb edilmə hazırlıqlarının yüksək səviyyədə saxlanması üçün nazirliyin bir çox digər struktur bölmələri tərəfindən də gərgin iş görülür. Geniş ictimaiyyətə az təqdim olunan, necə deyərlər, daha çox pərdə arxasında qalan bu bölmələrin işi isə əslində bəlkə də bütün digər hissələrin döyüş hazırlığının təmin olunmasında müstəsna rol oynayır.

Şəxsi heyətin sosial vəziyyətinin yaxşılaşdırılması rəhbərliyin daim diqqətindədir

Daxili İşlər Nazirliyinin belə struktur bölmələrindən biri də Maliyyə-Plan İdarəsidir.

Maliyyə-Plan İdarəsi DİN-in orqan, hissə və təşkilatlarının maliyyələşməsi, büdcə və büdcədənkənar göstəricilərin proqnozlaşdırılması, əmək haqqı və ödənişlərin müəyyən olunması, mühasibat uçotu, uçotun metodiki təşkili və hesabatı, nəzarət-təftiş və pensiya təminatı işini təşkil edən müstəqil struktur hissədir.
İdarənin rəisi polis polkovniki Səxavəddin Abdullayevdir. Hər bir maliyyə qurumunun fəaliyyətində olduğu kimi, DİN-in Maliyyə-Plan İdarəsinin də işinə qarşı irəli sürülən əsas tələblər şəffafvlıq və dəqiqlikdir. Xüsusən də Qarabağ müharibəsinin veteranları olan, eləcə də artıq təqaüdə çıxmış polis əməkdaşlarına verilən pensiya və müavinətlərin hesablanmasında, DİN strukturlarında çalışan şəxsi heyət üçün nəzərdə tutulan sosial müavinətlərin ayrılmasında İdarənin əməkdaşlarının rolu əsasdır.
Eyni zamanda da Maliyyə-Plan İdarəsi nazirliyin tabeliyində olan digər qurum və təşkilatların tərkibində fəaliyyət göstərən maliyyə bölmələrinin işini daima nəzarətdə saxlamalı, vaxtaşırı tələb olunan yoxlama-təftiş prosedurlarını həyata keçirməlidir. Məlum olduğu kimi DİN strukturlarında da nəzarət sisteminin mühüm bir həlqəsi kimi məhz maliyyə nəzarəti çıxış edir. Onun məqsədi nazirliyin maliyyə siyasətinin uğurla həyata keçirilməsinə yardım etmək, DİN-in bütün stuktur və tabelikdə olan qurumlarında maliyyə resurslarının formalaşması və səmərəli istifadə edilməsi prosesini təmin etməkdən ibarətdir. Əlbəttə ki, bütün bu işlər gərgin əmək və böyük zəhmət tələb edir.

Təqdirəlayiq haldır ki, İdarənin əməkdaşları bütün bu vəzifələrin öhdəsindən ləyaqətlə gələ bilirlər.

Əlbəttə ki, bu çətin, eyni zamanda da zəruri vəzifələrin əməkdaşlar tərəfindən ləyaqətlə yerinə yetirilməsində şəxsən İdarənin rəisi Səxavəddin Abdullayevin xidmətləri danılmazdır. Əbəs yerə deyildir ki, polkovnik Səxavəddin Abdullayev istər həmkarları, istərsə də bilavasitə onun tabeliyində çalışan əməkdaşlar arasında yüksək nüfuza, böyük hörmətə malik insan kimi tanınır. Polkovnikin yüksək peşəkarlığı, özünə və əməkdaşlarına qarşı daima nümayiş etdirdiyi tələbkarlğı, obyektivlik və dürüstlüyü, ən əsası da Azərbaycan dövlətçiliyinə sədaqət prinsiplərini hər zaman əldə rəhbər tutması ona bu hörməti qazandırmışdır.

Yazımızınzın əvvəlində qeyd etdiyimiz kimi, DİN-in Maliyyə-Plan İdarəsi fəaliyyəti əksər hallarda geniş ictimaiyyətin diqqətindən bir qədər kənarda qalan struktur bölmələrindəndir. Lakin bununla belə etiraf olunmalıdır ki, İdarənin və şəxsən polkovnik Səxavəddin Abdullayevin işi dəfələrlə rəhbərlik tərəfindən qeyd olunub. Təsadüfi deyil ki, 29 iyun 2007-ci il tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan polisi günü münasibətilə, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı ilə birgə DİN-in Maliyyə-Plan İdarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev də “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur.
Bu mükafat bir daha ölkə rəhbərliyi tərəfindən Daxili İşlər Nazirliyinin şəxsi heyətinin fədakar fəaliyyətinin yüksək qiymətləndirildiyini təsdiq edir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər