«Prezident İlham Əliyevin diqqəti sayəsində melorasiya və su təsərrüfatı sahəsində bir çox layihələr başa çatdırılmışdır

«Prezident İlham Əliyevin diqqəti  sayəsində melorasiya və su təsərrüfatı sahəsində bir çox layihələr başa çatdırılmışdır












Əhməd Əhmədzadə - «Prezident İlham Əliyevin diqqəti sayəsində melorasiya və su təsərrüfatı sahəsində bir çox layihələr başa çatdırılmış, bəzi layihələr uğurla davam etdirilir, bir çoxlarının isə həyata keçirilməsinə başlanılmışdır. Möhtərəm Prezidentimiz meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatındakı, regionların sosial-iqtisadi inkişafındakı və ölkənin ərzaq problemlərinin həllindəki rolunu nəzərə alaraq, sahənin inkişafını daim diqqət mərkəzində saxlayır, meliorasiya və su təsərrüfatı obyektlərində tikinti işləri ilə şəxsən tanış olur, obyektlərin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində iştirak edir».

Dövlətimizin başçısının diqqət və qayğısının nəticəsi olaraq son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmışdır. Onun sözlərinə görə, bunun nəticəsində 2003- 2017-ci illərdə mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahənin maddi- texniki bazası gücləndirilmiş, 2000-dən artıq maşın və mexanizmlər alınmış, 3475 km suvarma kanallarının, 2022 km kollektor-drenaj şəbəkələrinin bərpası, yenidənqurulması və tikintisi işləri həyata keçirilmiş, 284,8 min hektar sahədə suvarılan torpaqların su təminatı və 217,9 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 42,7 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1194 ədəd subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 km-dən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi, hündürləndirilməsi işləri həyata keçirilmişdir.

Rayon icra hakimiyyətlərinin təklifləri əsasında Səhmdar Cəmiyyətin “Azdövsutəslayihə” İnstitutu tərəfindən Ağdaş (15 min 800 hektar), Salyan (5 min hektar), Kürdəmir (10 min 650 hektar), Hacıqabul (4 min 800 hektar), İmişli (3 min hektar), Neftçala (8 min hektar) və Samux (2 min hektar) rayonlarının ümumilikdə, 49 min 250 hektar sahələrinə suvarma suyunun çatdırılması üçün müvafiq meliorasiya tədbirlərinin aparılması üzrə layihə- smeta sənədləri hazırlanaraq, RİH-lərə təhvil verilib: “Cəmiyyət tərəfindən magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilib. Bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılıb, vegetasiya suvarmasının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə mütəxəssislərimiz ayrı-ayrı obyektlərə təhkim edilib. Çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülüb”.


«Prezident İlham Əliyevin diqqəti  sayəsində melorasiya və su təsərrüfatı sahəsində bir çox layihələr başa çatdırılmışdır
«Prezident İlham Əliyevin diqqəti  sayəsində melorasiya və su təsərrüfatı sahəsində bir çox layihələr başa çatdırılmışdır
«Prezident İlham Əliyevin diqqəti  sayəsində melorasiya və su təsərrüfatı sahəsində bir çox layihələr başa çatdırılmışdırБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər