Erməni diplomatın etirafı — "Putin siyasəti tərk etsə, Ermənistan fəlakətə sürüklənəcək"

Erməni diplomatın etirafı — "Putin siyasəti tərk etsə, Ermənistan fəlakətə sürüklənəcək"













ABŞ Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etdikdən sonra Ermənistanın Rusiya və ABŞ arasında geosiyasi manevri daha da boşluğa düşüb.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin sabiq müavini, səfir Arman Navasardyan jurnalistlərə məlumat verib.

ABŞ-ın yeni sanksiyaları iki nüvə dövlətinin münasibətini daha da pisləşdirdi. ABŞ və Rusiya qayda pozuntusu həddində oynamaqdan vaz keçdilər. Daha doğrusu, hər iki dövlət bu həddi keçdilər. Bu isə bütün dünya üçün problemə çevrilir. Bu səbəbdən də Avropa İttifaqı ABŞ-ın sanksiyalarının əleyhinə çıxır. Əsas da Almaniya bu sanksiyaları tənqid edir. Çünki bu sanksiyalar ilə Rusiya şirkətləri ilə əməkdaşlıq edən alman biznesi ciddi ziyan çəkəcək.

Bununla yanaşı, rus-amerikan münasibətlərinin korlanması Avropa ölkələrindən başqa Cənubi Qafqaz ölkələrinə də, xüsusən də Ermənistana təsir edəcək. İqtisadi nöqteyi-nəzərdən Rusiya ermənilər üçün əsas eksport bazarı və transfer donorudur.

Bu səbəbdən Rusiya-ABŞ münasibətlərinin korlanması, Rusiya iqtisadiyyatının pis vəziyyətə düşməsi çox qısa müddətə Ermənistana da təsir edəcək. İlk növbədə söhbət transferlərdən gedir. Rusiyadan Ermənistana illik pul köçürülməsi 1.3-1.5 milyard dollar təşkil edir. Bu isə Ermənistan büdcəsinin yarısı deməkdir. Bu məbləğ idxal və ixrac arasındakı çox böyük fərqi bağlamağa kömək edir. Çünki Ermənistanın idxalı ixracından dəfələrlə çoxdur.

Erməni iqtisadçısı Vilen Xaçatryan deyir: "Son illər transfertlər kifayət qədər azalıb. Bu pul köçürmələrinin növbəti illərdə də azalması Ermənistan iqtisadiyyatına ciddi zərbə olacaq. Bu Ermənistanda idxalın və büdcəyə vergidən kənar daxil olmaların azalması deməkdir".

Navasardyanın fikrinə əsasən, ABŞ-ın Rusiya əleyhinə sanksiyaları regional geosiyasi nəzərdən Putinin rus siyasətindəki mövqeyini zəiflədir: "ABŞ dünya iqtisadiyyatına liderlik edir. Rusiya ilə ABŞ hərbi planda eyni mövqedədir. ABŞ-ın dəqiq siyasi xətti var. Onlar bəyan edirlər ki, birinci yerdə ABŞ-ın maraqları dayanır. Amerikalıların Avropa İttifaqı ilə oyunları hansı nəticələri verəcəyi bilinmir. Soyuq müharibədən sonra Rusiyanın geosiyasi mövqeyi ciddi şəkildə zəifləyib. Amma Vladimir Putin ölkəni bu vəziyyətdən çıxardı bu isə ABŞ-ın xoşuna gəlmir".

Erməni diplomatın fikrinə görə, ABŞ-ın Rusiya əleyhinə siyasəti təkcə Rusiyaya qarşı sanksiyalar deyil. Bu siyasət həm də Putin və Rusiyanı digər ölkələrdən də sıxışdırıb çıxarmaq niyyətini daşıyır. Navasardyan qeyd edir ki, Putinin Rusiyanın siyasi "Olimp"ini tərk etməsi Qafqazda, xüsusən də Ermənistanda faciəyə səbəb olacaq: "Biz bu günləri xatırlayıb mədh edəcəyik".

"Vladimir Putin bir çox məsələnin qarşısını alır. Məsələn, Dağlıq Qarabağ, türk məsələsi və s. Siz düşünürsünüz ki, Moskvada ancaq erməni tərəfdarları oturur? Yox, orada Azərbaycan və Türkiyənin tərəfdarları da çoxdur"-deyə diplomat fikrini tamamlayıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər