Hafiz Kərimov: İsmayıllıda hesabat dövrü uğurla zəngin olub

Hafiz Kərimov: İsmayıllıda hesabat dövrü uğurla zəngin olub









Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr İsmayıllıda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Hafiz Kərimov Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədrlik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Hafiz Kərimov - rayon təhsil müəssisələri məzunlarının ali məktəblərə qəbulu ilbəil artmışdır. Fənn olimpiadalarının Respublika turunda uğurla çıxış edən istedadlı şagirdlərimizin uğurları da sevindiricidir. Rayonumuz bu sahədə respublikada 1-ci yeri neçə ildir ki, qoruyub saxlayıb. Müxtəlif mövzulada inşa-yazı, əl işləri sərgilərinin Respublika turunda istedadlı şagirdlərimiz müvəfəqiyyətlər qazanıblar. Bütün bunların əldə olunmasında rayonumuzun təhsil müəssisələrində çalışan müəllimlərimizin böyük əməyi vardır. Hesabat dövrü ərzində fərqlənən 12 nəfər üzvümüz "Əməkdar müəllim" adına, 8 nəfər "Tərəqqi " medalına, 38 nəfər isə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşdür. Bundan əlavə, hesabat illəri ərzində 22 məktəb "Ən yaxşı məktəb" müsabiqəsinin, 26 nəfər müəllim isə "Ən yaxşı müəllim" müsabiqəsinin Respublika turunun qalibi olmuş və ölkə Prezidenti tərəfindən mükafatlanmışlar. Hesabat dövründə 3 ilk Hİ təşkilatı - şəhər 3 saylı və şəhər 2 və şəhər 1 saylı tam orta məktəb həmkarlar ittifaqı komitələri TİAHİ Respublika Komitəsinin keçirdiyi "Ən yaxşı həmkarlar ittifaqı təşkilatı" müsabiqəsinin qalibi olmuş və " NOUTBUK" kompüter və pul mükafatı ilə qiymətləndirilmişdir.
RK hesabat dövrü ərzində RTŞ-lə kollektiv müqavilə bağlamış və onun şərtlərinə əməl edilməsinə daim nəzarət etmişdir. Uzun müddət təhsil işçiləri üçün ödənilməyən müavinətin ödənilməsinə və əlil təhsil işçilərinə əlavə 20% miqdarında əməkhaqqı verilməsinə çətinliklə də olsa nail ola bilmişik. Hesabat illəri ərzində 650 nəfərdən çox təhsil işçisi bu imtiyazdan yararlana bilmişdir.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər