Yoxa çıxan qızın son Facebook statusu polisi hərəkətə keçirdi: otağından məktub tapıldı

Yoxa çıxan qızın son Facebook statusu polisi hərəkətə keçirdi: otağından məktub tapıldı
















İzmirdə yaşayan Selin Savaş 3 gün əvvəl "Beyin əməliyyatına gedəcəyəm" deyərək getdiyi xəstəxanadan çıxdıqdan sonra yoxa çıxıb.

20 yaşlı qızın xəstəxanaya getdiyi, bundan sonra itdiyi məlum olub. Selinin xəstəxanaya getməmişdən əvvəl otağında məktub yazıb qoyduğu və orada 1 il əvvəl infarktdan ölən atası Hüseyn Savaşa xitab olaraq: "Atamın çox həsrətini çəkdim. Atamın yanına gedirəm", - deyə yazdığı iddia edilərkən, anası Aişə Savaş: "Qızımın başına bir hadisə gəldiyindən qorxuram. Görən dərhal polisə xəbər versin", - deyib.

Facebook-dakı SON STATUSU

Selinin Facebook-da son olaraq 18 iyul səhəri saat 06.22-də "Çıxılmaz bir küçədir oynadığım səhnə. Hara dönsəm eyni məhəllədir. Ölürəm ana" deyə paylaşım etdiyi məlum olub.

Polis Selin Savaşı tapmaq üçün axtarışlara başlayıb.

///Milli.Az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər