Tramp: “Putin ilə yola gəldik”

Tramp: “Putin ilə yola gəldik”

















ABŞ prezidenti Donald Tramp Hamburqda G-20 sammitindəki görüşü zamanı rusiyalı həmkarı Vladimir Putin ilə yola gəldiyini bəyan edib.

D.Tramp bu barədə CBN telekanalına müsahibəsində bildirib.

"Düşünürəm ki, biz çox yaxşı yola gəldik və bu çox əhəmiyyətlidir. Bəzi insanlar deyir ki, bu belə olmamalı idi. Mən fərqli düşünürəm. Biz böyük nüvə dövlətləriyik. Hamı Hamburqda söhbətimizin uzun müddət çəkməsindən təəccüblənmişdi”, deyə D.Tramp vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ilə dialoq mühümdür: "Dialoq olmayan yerdə problem yaranır. Bizə dialoq lazımdır. Misal üçün, Suriyada müşahidə olunan irəliləyişdə Rusiya ilə qarşılıqlı əlaqələr əhəmiyyətli olub”.

apa.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər